AZ

“Fənərbağça” Çempionlar Liqasında pley-off mərhələsinə adladı

Türkiyənin “Fənərbağça” klubu UEFA Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanıb.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə,  İstanbul təmsilçisi buna III təsnifat mərhələsinin cavab oyununda Niderlandın “Feyenoord” kollektivinə qalib gəlməklə (5:2) nail olub.

Səfərdə rəqibinə 1:2 hesabı ilə uduzan komanda növbəti raunda yüksəlib.

“Fənərbağça” pley-offda “Benfika” (Portuqaliya) – “Nitsa” (Fransa” cütünün qalibi ilə görüşəcək. Fransadakı ilk qarşılaşmada qonaqlar iki cavabsız qolla qalib gəlib.

Seçilən
39
8
heftelik.az

9Mənbələr