AZ

Ağ Ev: ABŞ Rusiya-Ukrayna danışıqları nəticəsində irəliləyiş əldə edildiyini görür

ABŞ Prezident Donald Trampın təşəbbüsü ilə keçirilən Rusiya–Ukrayna birbaşa danışıqları nəticəsində irəliləyiş əldə edildiyini görür.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə bildirib.

“Mən bu tribunadan prezident üçün və onun adından ‘qırmızı xətlər’ müəyyən etmək istəmirəm. Lakin prezident həqiqətən də Ukrayna və Rusiyanı humanitar məsələləri birbaşa müzakirə etməyə çağırıb və biz artıq irəliləyiş görürük. İki ölkə arasında keçirilən bu birbaşa danışıqlar nəticəsində hərbi əsirlər və uşaqlar mübadilə olunub”, – deyə Livitt vurğulayıb.

Seçilən
30
4
apa.az

5Mənbələr