Badımcan çoxillik tərəvəz bitkisidir.
Növündən asılı olmayaraq, badımcan bir az bərk, bir az yumşaq, xırda toxumlu və özünəməxsus dada malik olur.
Hit.az xəbər verir ki, Badımcanın kalori dəyəri 24 kKal-dir və yağsız dietik qida maddəsi hesab edilir.
Badımcanın tərkibində şəkər, sülallar, yağlar, kalium, kalsium, natrium, maqnium, fosfor, brom, xlor, aliminium, dəmir, yod, molibden, ftor, kolbat, sink, müxtəlif mikroelementlər və B1, B2, B6, B9, C, P, PP, D vitaminləri var. Bu maddələr orqanizmdən xolesterinin azalmasına və artıq qidaların xaric olunmasına səbəb olur.
Badımcandan hazırlanan yeməklər ateresklerozun, ürəyin işemik xəstəliklərinin, öd daşı xəstəliyinin əmələ gəlməsinin qarşısını alır, qanda pis xolesterinin miqdarının azalmasına səbəb olur.
Badımcandan bişirilən yeməklərlə qidalanmaq qan azlığını aradan qaldırır.
Badımcan şəkər xəstəliyi və böyrək xəstəlikləri zamanı çox faydalıdır. Yaşlı adamlara daha çox faydası dəyir. Belə ki, badımcan ürək damar xəstəlikləri əlamətlərini və bu xəstəliklər səbəbindən əmələ gələn şişkinliyi aradan qaldırır.
Tərkibində karbohidratların miqdarı az olduğuna görə badımcan artıq çəkidən və şəkərli diabetdən əziyyət çəkənlər üçün əla qida vasitəsi hesab edilir.
Sevinc