AZ

Diqqət: Bu ərazilərdə qaz olmayacaq

  Ağdaş rayonunun bəzi ərazilərində qaz olmayacaq.

Referans xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
 
Bildirilib ki, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində Ağdaş rayonu ərazisində Şəmsabad QPS-dən qidalanan Ərəb, Hüşün və Kükək kəndlərini təbii qazla təmin edən D-159 mm-lik ortatəzyiqli əhali qaz xəttinin kipliyə davamlılığının yoxlanılması məqsədilə 13.08.2025-ci il tarixdə saat 09:00-dan işlər yekunlaşanadək cəmi 860 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

İşlər başa çatdırıldıqdan sonra isə qazın verilməsi bərpa olunacaq.  

Seçilən
75
22
referans.az

10Mənbələr