“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi “Zirə”dən Səlim Həşimovu icarə əsasında heyətinə qatıb. 19 yaşlı qapıçı növbəti mövsümü "Şamaxı"da keçirəcək.
Qeyd edək ki, "Şamaxı" daha öncə Emil Süleymanov ("Qəbələ", icarə), Oruc Məmmədov ("Səbail"), Həbib İsmayılov ("Neftçi"), Diogo Balau (Son klubu “Uniao Santarem”, Portuqaliya), Karim Rossi (son klubu “Şaffhauzen”, İsveçrə), Cezar Henrique (son klubu “Caxias”, Braziliya), David Thomaz Dos Santos Oliveira (son klubu “Covilha”, Portuqaliya), Rikardo Apolinario (“Uniao Santarem”, Portuqaliya), Bilal İsmayılov (son klubu "Cəbrayıl"), Ravil Qafarov ("Sabah"), Abdullahi Şuaybunu ("Qəbələ") transfer edib.