AZ

Ermənistanda Hindistan vətəndaşlarının tətilindən sonra cinayət işi açılıb

Ermənistan Prokurorluğu Hindistandan olan əmək miqrantlarının İcevanda tətilindən sonra cinayət işi açıb.

Məlumata görə, cinayət işi Cinayət Məcəlləsinin bir sıra - silahla hədələmə, fiziki zorakılıq, tikinti və digər işlərin aparılması zamanı təhlükəsizlik qaydalarını pozma maddələri ilə açılıb.

Bundan əvvəl sosial şəbəkələrdə Hindistandan gələn tətil edən miqrantların etiraz əlaməti olaraq yolu bağladıqları İcevandan görüntülər yayılıb.

Əvvəllər Hindistandan gələn işçilərə maaş verilmədiyi bildirilmişdi, lakin sonradan məlum oldu ki, 205 tətilçinin hamısı rəsmi olaraq işlə təmin edilib, üç illik müqavilələri var və maaş borcu yoxdur. “İdc Qrand Tekstile” fabrikinin direktoru Mher Mirzoyanın sözlərinə görə, onlar maaşların artırılmasını tələb edirlər.

Hindistanın Ermənistandakı səfiri həmyerliləri ilə görüşmək üçün İcevana gedib.

Seçilən
22
2
report.az

3Mənbələr