AZ

Parkda silahlı atışma - 3 nəfər ölüb

ABŞ-nin Texas ştatının paytaxtı Ostində “Target” parkında baş verən atışmada 3 nəfər ölüb.

Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Ostin polis rəisi Lisa Davis bildirib ki, polislər hadisə yerinə gələndə iki nəfərin cansız bədənini aşkar ediblər:

“Şübhəli hadisə yerindən qaçıb. Polis daha sonra onu Ostinin cənubunda ələ keçirib. Üç nəfər ölüb. Bu, Ostin üçün çox kədərli bir gündür”.

Lisa Davis əlavə edib ki, şübhəlinin əvvəllər psixi sağlamlıq problemləri olub.

Təcili yardımın rəisi Robert Lakritz isə bildirib ki, iki nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada ölüb. Onun sözlərinə görə, daha bir nəfər güllə yarası ilə əlaqəsi olmayan xəsarətlərlə müalicə olunub.

Seçilən
30
1
avtosfer.az

10Mənbələr