AZ

ABŞ-ın bombardmançı təyyarələri Rusiya sərhədi YAXINLIĞINDADIR

Ajans.az xəbər verir ki, bu barədə NATO-nun Müttəfiq Hava Komandanlığı (AIRCOM) öz saytında məlumat yayıb.  Xəbərdə bildirilir ki, onlar ABŞ-nin Texas ştatındakı Dyass Hərbi Hava Qüvvələri bazasından Norveçdəki hava bazasına çatıb.  Norveçdə qaldıqları müddətdə ABŞ bombardmançıları Norveç F-35-ləri və NATO-nun digər təyyarələri ilə yanaşı, yüksək təhlükə mühitində təcrübə keçərək, axtarış, müəyyənləşdirmə, izləmə və hədəfləmə bacarıqlarını təkmilləşdirəcək, eləcə də müttəfiqlərin rəhbərlik etdiyi bir sıra missiyaları həyata keçirəcəklər. AIRCOM-un bildirdiyinə görə, ekipajlar həmçinin manevr azadlığını məhdudlaşdıran hava və yer təhdidlərinə qarşı məşqlər edəcəklər ki, bu da alyansın hava üstünlüyünü təmin etməyə hazırlığını gücləndirəcək.

Qeyd edək ki, Örland aviabazası qütb bölgəsində NATO təlimlərinin keçirildiyi yerdir. Rusiya ilə sərhədin yaxınlığında yerləşir. /Qafqazİnfo

Seçilən
29
8
Ajans.az

2Mənbələr