Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.
Türkiyənin tanınmış mütəxəssislərindən olan Rza Çalımbay son açıqlaması ilə diqqət çəkib. Son olaraq ötən mövsüm ''Sivasspor''u çalışdıran və bu klubu elitada saxlaya bilməyən Çalımbay hazırda işsizdi. Türkiyə çempionatı tarixində ən çox oyuna çıxan baş məşqçi statusunda olan Çalımbay 2023-də qısa müddət çalışdırdığı ''Beşiktaş''la bağlı danışıb, eləcə də bu yay ''Şaxtyor''un başına keçən Arda Turan ilə bağlı qalmaqallı fikir səsləndirib. 62 yaşlı mütəxəssis ''Axşam TV'' kanalına bunları deyib:
''Mən klubda baş məşqçi işlədiyim müddətdə yaşananlar ''Beşiktaş''a yaraşmadı. O dönəmdə Samet Aybaba, Feyyaz Uçar və başqan Hasan Arat mənimlə çalışmaq istədiklərini dedilər. Hətta yeni müqavilə də təklif etdilər. Onlara ''yalnız mənə sahib çıxacağınız təqdirdə müqaviləyə imza atacam'' dedim. İmza atdım, amma bir müddət sonra heç biri yanımda durmadı. Mənə qarşı yanlış hərəkətə yol verdilər. Sonra eyni durum onların öz başına gəldi. Bu yay ''Beşiktaş''ın transfer siyasətinin doğru olduğunu düşünmürəm. Orkun Kökçü yanlış seçimdi. Jedson Fernandeş olan yerdə ona nə ehtiyac var idi? Orkunu almaq əvəzinə Fernandeşi heyətdə saxlamaq lazım idi. Kökçü pulunu aldı və gəldi. Abrahamdan da səviyyəli bir hücumçu almaq olardı. ''Şaxtyor''a qarşı oyunlarda onu izlədik. Qeyri-adi bir şey sərgiləyə bilmədi və komanda hər iki oyunda uduzdu. Arda Turan? Fikrimcə, onu ''Şaxtyor''a menecerlər aparıb. Elə menecerlər var ki, həm məşqçiləri, həm də oyunçuları gənc yaşdan Avropaya daşıyırlar. Onlar düzgün yönləndirilmirlər. Elə Ardanın təyinatı da daha çox menecerlərin əməyidi''.
Çalımbay kimi tanınmış bir məşqçinin öz gənc həmkarı haqda dediyi bu sözlər sosial şəbəkələrdə birmənalı qarşılanmadı. Görünür, 24 illik məşqçi karyerasında bir dəfə də əcnəbi klub çalışdırmayan Çalımbayın Ardaya sadəcə paxıllığı tutur.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.