ABŞ-da ayı hovuzda çimərkən kameraya düşüb.
Bizim.Media xəbər verir ki, Konnektikut ştatının Nyuinqton şəhərində sakin Teresa Sanderson vəhşi heyvanın gözlənilməz ziyarətini videoya çəkib.
Kadrlarda böyük qara ayının onun həyətinə girərək birbaşa hovuza doğru getdiyi görünür. Heyvan bir neçə dəqiqə sakitcə üzüb, daha sonra isə sudan çıxaraq meşəyə tərəf gedib.
Sanderson heyvanın sakit və aqressiv olmadığını bildirib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta