ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp Barak Obamanın prezidentlik portretini Ağ Evdən yığışdırıb.
“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, Tramp sabiq prezidentin portretini “gizli pilləkən”lər adlanan yerə köçürüb.
Onun yerinə isə özünün seçki yarışı zamanı məruz qaldığı sui-qəsddə lentə alınan fotosunu yerləşdirib.
Qeyd edək ki, 2022-ci ildə Ağ Evin Böyük Pilləkənində asılan Obamanın portreti Trampın göstərişi ilə əvvəlcə giriş salonuna köçürülmüşdü.
Əlavə edək ki, keçən ay Tramp Obamanı “vətənə xəyanət”də ittiham etmişdi.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.