AZ

Eko Aləm İctimai Birliyi səhralaşmaya qarşı mübarizə tədbirlərini araşdırır

Xalqcebhesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Eko Aləm İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi icra etdiyi “Səhralaşma ilə mübarizə” layihəsi çərçivəsində regionlarda yaşıllaşdırma işləri ilə bağlı monitrinqi davam etdirir. Layihə çərçivəsində görülən növbəti işlər barədə Eko Aləm İctimai Birliyinin sədri Sevil Yüzbaşeva saytımıza məlumat verib: “Səhralaşma-çox çətinliklə bərpa olunan bir landşaft prosesidir. Səhralaşma, dünyada həm antropogen səbəblər, həm də təbii amillər və proseslər nəticəsində arid, yarımquraq və quraq rayonlarında torpaqların deqradasiyaya uğramasıdır. Səhralaşma prosesi getdikcə daha aydın nəzərə çarpır. Çünki arid ərazilərdə təbii mühitin pozulması təhlükəli vəziyyətdədir. Əvvəllər alimlər 1 sm-lik torpaq qatının bərpasına 70-150 il vaxt tələb olunur deyirdilərsə artıq son illərdə buna 200-400 il arası vaxt lazım olması barədə fikirlərinini də irəli sürürlər.

Gündən-günə artan səhralaşmaya qarşı əsas mübarizə tədbirləri kimi Meşələrin, Torpağın bərpası, Səhranın meliorasiya tədbirləri və Otlaqların idarə edilməsi kimi fəaliyyətlər daxildir. Səhralaşma nəticəsində torpaqlar öz münbitliyini itirir, bu da nəticə etibarı ilə kənd təsərrüfatına təsir edərək, ərzaq qıtlığı yaranmasına səbəb olur. BMT-nin 2017-ci ildə açıqladığı məlumatına görə, artıq 100-dən çox ölkədə quru ərazilər yer səthinin 30%-ni əhatə edir və həmin ərazilərdə 2 milyard insan yaşayır. Proqnozlar göstərir ki, 2050-ci ilə qədər Yer kürəsinin 90%-dən çoxu səhralaşma səbəbindən yararsız hala düşə bilər.

Hazırda Azərbaycan Respublikasında da potensial səhralaşmaya məruz qalan ərazilərin sahəsi 5 mln. ha-dan artıqdır. Azərbaycanın dağətəyi və düzən rayonlarında meşə ərazilərinin müxtəlif tipli məhsuldarlığını itirmiş torpaqlara, otlaq və əkin yerlərinin isə şorlaşmış sahələrə, bataqlıqlara çevrilməsi nəticəsində səhralaşma prosesi gedir.

Eko Aləm ictimai birliyinin həyata keçirdiyi “Səhralaşma ilə mübarizə” layihəsinin icrasında məqsəd, Azərbaycan Respublikası ərazisində olan yaşıllıqların, o cümlədən yol kənarı yaşıllıqların, meşə örtüyünün qorunması, mövcud meşə ərazilərinin ehtiyat potensialını yeni əkinlərlə yüksəldilməsi, meşə ərazilərindən səmərəli istifalə etməklə davamlı inkişafa nail olunması vəziyyətini monitorinqlər keçirtməklə öyrənmək, ictimaiyətin diqqətinə çatdırmaq və bununla da yaşıllıqların mühafizəsinə nəzarəti gücləndirməkdir. Layihə üzrə araşdırmalar əsasən iki istiqamət üzrə aparılmışdır. Birinci istiqamət üzrə fəaliyyətlər “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin 4 və 5 saylı (Salyan r., Xıdırlı q. və Xızı r., Stalçay qəsəbələrində) Yaşıllaşdırma İdarələrinin və həmin idarənin balansında olan 1 saylı Y.İ. Bakı-Qazax magistral avtomobil yolunun ətrafının və Ələt-Hacıqabul hissəsində salınmış yaşıllıqların Hacıqabul RİH-nə verilməsindən sonrakı inkişafı, ekoloji vəziyyəti araşdırılmışdır. İkinci sonuncu istiqamət isə Şabran və Quba rayonlarında yerləşən 4 və 5 saylı Regional Meşə Təsərrüfatının Mərkəzlərində mövcud meşələrin qorunub, mühafizə olunmasını, meşəbərpa və meşəsalma işləri, əkin-materialları yetişdirilməsi, meşə ağac və kol cinslərinin toxumlarının tədarükü və s. bağlı meşə mütəxəssisləri ilə görüş həyata keçirilməsi olmuşdur”.

Şabran şəhəri 4 saylı Regional Meşə Təsərrüfatının Mərkəzində görüş

4 saylı Regional Meşə Təsərrüfatının Mərkəzi Şabran şəhərində yerləşir. Sevil Yüzbaşeva bildirib ki, Şabrana gəldikdən sonra ilk müraciət etdikləri yer Şabran İH-ti oldu: “Şabran İH-də bizi Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin Baş məsləhətçi Elmar Əbilov qarşıladı. Şabran İH-dən Baş məsləhətçi Elmar Əbilovla birlikdə 4 saylı Şabran Regional Meşə Təsərufatı Mərkəzinə getdik. Mərkəzinin direktoru Elbrus Əliyev işinin çoxluğuna baxmayaraq bizi qəbul etdi. Elbrus Əliyevin sadə zəhmətkeş, təbiət aşiqi bir adam olduğu hər hərəkətindən görünürdü. O, iş stolunun arxasından durub, bizimlə dəyirmi masa arxasında əyləşdi və bizi maraqlandıran bütün məsələlərə böyük məmuniyyətlə cavab verməyə başladı. Elbrus Əliyev bildirdi ki, 4 saylı Şabran Regional Meşə Təsərufatı Mərkəzinin ərazisinə Şabran, Siyəzən, Abşeron və Xızı meşələri daxildir. Sonra o, bildirdiki qlobal iqlim dəyişikliyinin qarşısının alınmasının ən başlıca yollarından biri kütləvi yaşıllaşdırma işlərinin aparılması, meşə sahələrinin artırılması və mühafizəsinin gücləndirilməsindən ibarətdir ki, biz də bu işləri həyata keçirtməyə çalışırıq. Elburus bəy sözünə davam edərək bildirdiki, biz meşəçilər 100 il bundan sonranı fikirləşirik və ona uyğun fəaliyyət göstəririk. Necə deyirlər əsl ətraf mühiti qoruyanlar qlobal düşünüb, lokal fəaliyyət göstərirlər. Meşələrin mühafizəsinin təşkili ilə bağlı o bildirdiki, 49 meşə dolayımız və 8 meşəbəyimiz var. Meşəbəylərindən başqa, sayları ərazidən asılı olaraq meşə dolaylarında gözətçilər də fəaliyyət göstərirlər. Sonra o, meşəbəylərinin ölduqca məsuliyyətli və çətin işindən danışdı. Elə meşəbəyi var ki, onun nəzarətinə 11, 14 meşə dolay düşür və bütün günü bu ərazilərə nəzarət etmək olduqca çətin və ağır işdir. Özüdə ki, belə yüksək isti havaların keçdiyi bir vaxta yanğın təhlükəsinin hər zaman aktual olduğu bir vaxtda, onların üzəinə düşən məsuliyyət də ikiqat artıq olur. Onu da qeyd etmək istəyirəm ki, layihə üzrə bütün tədbirlərimiz ən isti günlərə təsadüf etmişdi. Daha sonra yanğınlardan mühafizə tədbirləri ilə bağlı məlumatlar da verdi.

Şabran İH-nin Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin Baş məsləhətçi Elmar Əbilov cənablarıda rayon İcra Hakimiyyəti olaraq ətraf mühitlə bağlı apardıqları yaşıllaşdırma işləri barədə qürurla məlumat verdi. O, bildirdiki son bir ildə rayon ərazisində 10 000-dən artıq ağac əkilmişdir. Həmin ağacəkmə aksiyasında keçmiş Ekologiya və Təbii Sərvətlər Naziri cənab Muxtar Babayevdə iştirak etmişdi. Elmar bəy telefonunda o fəaliyyətlərlə bağlı olan görüntüləri də bizə göstərdi.

Maraqlandığımız suallarımıza cavab aldıqdan sonra layihə işinə uyğun olaraq mövcud qədim meşə ərazisinə vizual monitorinq keçirtmək üçün getmək istədiyimizi bildirdik. Elbrus Əliyev yüksək dağlıq ərazilərdə mövcud qədim meşə ərazilərində monitorinq keçirtmək üçün Eko Aləm ictimai birliyinin üzvlərini Qalaaltı meşəsinə səfər etməyində heç bir problem olmadığını bildirdi. Elburus bəy bizim həmin ərazinin meşəbəyi ilə getməyimiz üçün şərait yaratdı. Biz Dəvəçi meşəbəyliyinin meşəbəyi Fizuli Məmmədovla ərazidə vizual monitorinq keçirtdik. Həm 4 saylı Şabran Regional Meşə Təsərufatı Mərkəzindəki görüşdən həm də meşə ərazisinə olan səfərimiz zamanı gördüklərimizdən olduqca məmnun qaldıq.

Apardığımız müşahidələr bunu deməyə əsas verdiki Şabran İH-nin göstərdiyi diqqət və qayğı, eləcədə Elbrus Əliyevun rəhbərliyi ilə 4 saylı Şabran Regional Meşə Təsərufatı Mərkəzi, Azərbaycanın ən nümunəvi Meşə Təsərufatı Mərkəzlərindən biri hesab etmək olar. Vətəndaş cəmiyyəti nümayəndəsi kimi onlara bu müqəddəs işlərində öz adımızda təşəkkür edir və uğurlar arzulayırıq”.

Quba şəhəri 5 saylı Regional Meşə Təsərrüfatının Mərkəzində görüş

5 saylı Regional Meşə Təsərrüfatının Mərkəzi Quba şəhərində yerləşir. Sevil Yüzbaşeva bildirib ki, Qubaya gəldikdən sonra Quba İcra Hakimiyyətinə müraciət ediblər: “İcra Hakimiyyətində bizi İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsinin Baş məsləhətçisi Nurullayev Əhməd Eynulla oğlu qarşıladı. Əhməd bəy yolu tanımadığımızdan bizi 5 saylı Regional Meşə Təsərrüfatının Mərkəzinə müşaiyət etməsi üçün aparatın işçisinə tapşırıq verdi.

5 saylı Regional Meşə Təsərrüfatının Mərkəzində müdirlə görüşdük. Çox təəsüflər olsun ki, 5 saylı Regional Meşə Təsərrüfatının Mərkəzində gəlişimiz xoş qarşılanmadı. Bizimlə görüşməyə razılıq versələr də çəkilişə etiraz edildi. Müəyyən danışıqlardan və üst rəhbərlikdən icazə alındıqdan sonra müəyyən razılaşma əldə edildi.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Quba şəhərində yerləşən 5 saylı Regional Meşə Təsərrüfatının Mərkəzinin direktoru Baxışov Elvin Fikrət oğlu ilə görüşdük və o, bizi maraqlandıran sualları cavablandırdı. Elvin bəy bildirdiki 5 saylı Regional Meşə Təsərrüfatının Mərkəzinin xidməti ərazisinə Xaçmaz, Qusar, Quba meşəlikləri aiddir və dövlət meşə fondu torpaqları 65 min hektardır. Sonra o meşə mühafizəsi və meşəbərpa işləri barədə də geniş məlumat verdi. Elvin bəy bildirdiki, mərkəzin tabeçiliyində tinglik də fəaliyyət göstərir və 2024-cü il ərzində 100 min hektardan artıq ərazidə meşəsalma işləri aparılmışdır. Dağlıq ərazilərdə torpaq daha münbit olduğundan bu ərazilərdə toxumlar səpilmiş, dağətəyi ərazilərdə isə tinglər basdırılmışdır. Bundan başqa o bildirdiki yeni su tutarları da yaradılıb. Görülən işlərdən çox məmnun qaldıq.

Görüşdən sonra layihədə nəzərdə tutulduğu kimi qədim meşə ərazisi olan, həm də ölkə əhalisinin daha çox istirahət etmək üçün seçdiyi Qəçrəş meşəsinə getmək istədiyimizi bildirdik. Elvin bəy məmuniyyətlə bu səfəri təşkil etdi. Quba meşələri üzrə 5 saylı Regional Meşə Təsərrüfatının Mərkəzinin Meşəbəyi Hüseyn Abdulhüsüynovla birlikdə Qəçrəş meşəsinə getdik. 5 saylı Regional Meşə Təsərrüfatının Mərkəzdə keçirilən görüşdən nə qədər razı qalsaqda meşədə olan ağır vəziyyət bizi məyus etdi. Ərazidə bir birinin dibində fəaliyyət göstərən istirahət, turizm və iaişə mərkəzlərinin sıxlığı və onların ətrafda yaratdığı səs-küy dözülməz idi. Yəqin ki, bütün bunlar meşə faunasına ciddi təsir göstərmişdi. Mən 15 il əvvəl olduğum meşədən əsər əlamət yox idi. Bütün bu obyektlərin sahibi yəqin ki, digər dövlət qurumlarıdır. Lakin bütün bu neqativ təsirlərə baxmayaraq ağaclar yamyaşıl və sağlam görünürdü ki, bu da yəqin müşə mühafizə tədbirlərinin təsirinin nəticəsi idi.

Bütün bu ajitajın içində meşəçilərin fəaliyyəti təqdirə layiq idi. Hər tərəfdə piknik üçün ərazinin olması barədə və meşə mühafizəsinə dair plakatlar asılmışdı. Meşənin dərinliklərinə getdikcə daha sakit ərazilərin olduğunu da gördük. Meşə hava deməkdir, meşə su deməkdir. Meşə olmazsa həyat olmaz. Təbiəti mühafizə etmək kimi yəqin indiki dövrdə müqəddəs iş yoxdur. Meşəbəyi Hüseyn Abdulhüsüynova bu çətin şəraitdə belə sayıqlıqla öz vəzifəsini sevərək, icra etdiyi üçün də təşkilatımız adından ona təşəkkür edirəm. Onların qarşısında baş əyir, onlara uğurlar diləyirik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
icma.az

2Mənbələr