AZ

Ağdərədəki yanğın tamamilə söndürüldü

ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağdərə rayonu Ortakənd kəndi ərazisində baş verən yanğın tamamilə söndürülüb.

Bakupost.az Report-a istinadla xəbər verir ki, kənd ərazisindəki yanğın bu gün günorta saatlarında qeydə alınıb.

Hadisə yerinə FHN-nin yanğınsöndürmə briqadalarının əməkdaşları cəlb edilib. Yanğının qarşısı tam alınıb.

Qeyd edək ki, bu gün günorta saatlarında rayonun Ortakənd kəndi ərazisində baş verən yanğın quru ot və kolluq ərazidə növbəti dəfə yanğın meydana gəlib. Havanın küləkli olması səbəbilə alov genişlənərək dağlıq ərazidə yerləşən meşə sahəsinə keçib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Tərtər və Naftalan rayonlarının yanğınsöndürmə briqadaları, həmçinin helikopter cəlb edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
1
www.bakupost.az

2Mənbələr