BAKI, 12 avqust. TELEQRAF
Ukrayna Təhlükəsizlik Xidməti Tatarıstanda “Şahed” dronlarının saxlandığı terminala hücum edib.
Teleqraf xəbər verir ki, bu barədə "Ukrinform" nəşri məlumat yayıb.
Məlumata görə, bir həftə ərzində ikinci dəfə Ukrayna Təhlükəsizlik Xidmətinin PUA-ları Ukraynadan 1300 kilometr aralıda, Rusiyanın Tatarıstan Respublikasında yerləşən “Şahed” dronlarının saxlandığı terminalı vurub.