AZ

Putinlə bu şərtlə görüş - 26 ölkə liderindən Trampa çağırış 

Avropa İttifaqının (Aİ) 27 ölkəsindən 26-nın liderləri ABŞ prezidenti Donald Trampa çağırış ediblər.

Ölkə.az xəbər verir ki, Aİ liderlərinin imzaladığı bəyanata yalnız Macarıstan tərəfi imza atmayıb. 

Bəyanatda Aİ liderləri ABŞ prezidenti Donald Trampı rusiyalı həmkarı Vladimir Putinlə Ukraynada münaqişənin nizamlanması üçün yalnız atəşkəs və ya hərbi əməliyyatların intensivliyinin azaldılması şəraitində danışıqlar aparmağa çağırıblar.

“Nəticəli danışıqlar yalnız atəşkəs və ya hərbi əməliyyatların intensivliyinin əhəmiyyətli dərəcədə azaldılması kontekstində baş tuta bilər”, - bəyanatda deyilir. 

Mürtəza

Seçilən
3
1
olke.az

2Mənbələr