Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Ümumtəhsil məktəblərində təhsil alanların geyim formaları Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli, 96 nömrəli qərarı ilə tənzimlənir. Həmin qərarda göstərilir ki, Nazirlər Kabineti dövlət mülkiyyətində olan ümumtəhsil məktəblərində istifadə üçün dörd eskizdə məktəbli forması təqdim edir".Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib. O bildirib ki, məktəbin pedaqoji şurası bu dörd eskizdən birini seçərək qərar qəbul edir:"Və həmin qərar qəbul edildikdən sonra üç tədris ili ərzində dəyişdirilə bilməz. Sonra isə növbəti iki tədris ili üçün həmin forma başqa bir eskizlə əvəz oluna bilər. Hazırda isə qərar 2022-ci ildə qəbul edilib, tətbiqinə isə 2023–2024-cü tədris ilindən başlanılıb. Yəni 2023–2024, 2024–2025 və 2025–2026-cı tədris illərində həmin forma dəyişdirilə bilməz. 2026–2027-ci tədris ili üçün isə məktəbin pedaqoji şurası yeni qərar qəbul edə bilər. Əvvəlki formanı saxlamaq və ya dörd eskizdən birini yenidən seçmək hüququna malikdirlər. Amma hal-hazırda 2025–2026-cı tədris ili üçün məktəbli formasının dəyişdirilməsi qanuna ziddir".Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.