AZ

Zelenski Rusiyaya ərazi güzəşti ilə bağlı açıqlama verdi

“Ukrayna Rusiyaya ərazi güzəştinə getməyəcək”.

Bakues.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Qorxu və güzəştlər xalqların həyatını təhlükəsiz etmir. Ukraynalılar çiyin-çiyinə dayandıqca, ordu və dövlətə kömək etdikcə Rusiyanın Ukrayna ərazilərini mənimsəmək xülyası xülya olaraq qalacaq”, – dövlət başçısı bildirib.

Xatırladaq ki, bundan əvvəl Böyük Britaniyanın “The Daily Telegraph” nəşri Ukrayna Prezidentinin Rusiyaya ərazi güzəşti edəcəyi barədə məlumat yaymışdı.

Seçilən
6
1
icma.az

2Mənbələr