
“Norveç İsrailin Qəzza zolağındakı hərəkətlərini pisləyir”.
Yeniavaz.com xəbər verir ki, bunu “Əl-Cəzirə” telekanalına müsahibəsində Norveç xarici işlər nazirinin müavini Andreas Motzfeldt Kravik deyib.
“İsrailin hərəkətləri tamamilə qəbuledilməzdir. Biz məktəblərin, xəstəxanaların, jurnalistlərin vurulduğunu görmüşük”, - diplomat Qəzzada vəziyyətdən danışarkən qeyd edib.
O vurğulayıb ki, Norveç hökuməti BCM-nin Netanyahunu həbs etmək qərarından xəbərdardır və İsrailin baş naziri Norveç torpağına ayaq basarsa, bu orderi icra edəcək.
Xatırladaq ki, 2024-cü ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın Fələstində törədilmiş hərbi cinayətlər və insanlığa qarşı cinayətlər ittihamı ilə həbsinə order verib.