Yaxın vaxtlarda "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimovun ekologiya və təbii sərvətlər naziri vəzifəsinə təyin olunması gözlənilir.
Pravda.az-ın Demokrat.az-a istinadən məlumatına görə, Zakir İbrahimovun namizədliyi ilə bağlı yaxınları tərəfindən müzakirələr aparılıb. Qeyd edək ki, 2025-ci ilin fevral ayından bəri ekologiya və təbii sərvətlər naziri postuna təyinat yoxdur.
Sabiq nazir Muxtar Babayev həmin tarixdə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub.
Tarix: 12 Avqust 2025, 18:10