AZ

Madonna Roma Papasını uşaqları xilas etmək üçün Qəzzaya getməyə çağırdı...

Yazını böyüt
Yazını kiçilt

Müğənni Madonna sosial şəbəkədə Papa XIV Leo-ya müraciət edərək onu uşaqları xilas etmək üçün Qəzzaya səfər etməyə çağırıb.

Hafta.az xəbər verir ki, bu haqda “Skynews” məlumat yayıb.

"Müqəddəs Ata, lütfən, gec olmadan Qəzzaya gedin və nurunuzu uşaqlara çatdırın. Bir ana olaraq, onların əzablarını görməyə dözə bilmirəm. Dünya uşaqları hər kəsə məxsusdur. Aramızda tək sənsən ki, Qəzzaya girişi qadağan oluna bilməz. Bu məsum uşaqları xilas etmək üçün humanitar qapıların geniş açılmasına ehtiyacımız var. Artıq vaxtımız yoxdur. Xahiş edirəm, gedəcəyinizi söyləyin”, - deyə dünya şöhrətli pop ulduzu yazıb.

O, həmçinin "günahlandırmadığını və tərəf tutmadığını" vurğulayıb.

"Hamı əziyyət çəkir. Mən sadəcə bu uşaqların ac qalmaması üçün əlimdən gələni etməyə çalışıram", - deyə müğənni qeyd edib.

 

Seçilən
40
hafta.az

1Mənbələr