AZ

Nadir Qafarzadə əsəbiləşdi: “Niyə 22 manata satırsan?”

Müğənni Nadir Qafarzadə sosial şəbəkədə yolda başına gələn hadisədən danışıb.

Yenisabah.az xəbər verir ki, sənətçi avtomobili ilə hərəkətdə olarkən yolda çiyələk və moruq satan gənclərlə rastlaşıb. Onun sözlərinə görə, satıcı 3 kiloqram meyvənin qiymətini 22 manat olaraq bildirib, lakin çəkini yoxladıqda miqdarın çox az olduğu aydınlaşıb:

“Baxıram ki, 3 kiloqram deyil, heç 2 kiloqrama da çatmır. Uzağı 1 kiloqram 200 qram olar. Demədim, qiyməti aşağı sal, insandır, günün altında durur. 22 manat verdim və aldım”. Pepperoni pizza

Nadir Qafarzadə əlavə edib ki, meyvəni aldıqdan sonra satıcı qiyməti endirməyə başlayıb:

“Sonra deyir birini də götür. Qayıtdı ki, 20, sonra 18 manat ver. Maşına otururam, deyir 15 manata verirəm. Bu, 15 manatdırsa, niyə əvvəl 22 manata satırsan? Əsl Azərbaycan versiyası budur. Yolda meyvə satanlardan heç nə almayın, fırıldaqçıdırlar”.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
1
1
yenisabah.az

2Mənbələr