AZ

4,56 milyard yaşı olan göy daşı evin içinə DÜŞDÜ

ain.az bildirir, News24 portalına istinadən.

ABŞ-ın Corciya ştatının McDonough şəhərində bir evin damını deşib  içəri düşən göy daşı parçası böyük maraq yaradıb.

News24.az xəbər verir ki, 4,56 milyard yaşında olan bu parça saniyədə 1 km sürətlə evə çırpılıb və tavanda golf topu böyüklüyündə dəlik açıb. Corciya Universitetinin mütəxəssisləri bildirir ki,  bu göy daşı təxminən 470 milyon il əvvəl Marsla Yupiter arasındakı asteroid zolağındakı asteroiddən qopub. 

Parçanın bir hissəsi araşdırma üçün universitetə göndərilib.

Xeyrənsə Piriyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
61
1
news24.az

2Mənbələr