BAKI, 12 avqust. TELEQRAF
İrəvanda Ermənistan və Omanın Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr baş tutub.
Teleqraf xəbər verir ki, nümayəndə heyətlərinə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan və onun omanlı həmkarı Şeyx Xəlifə bin Əli bin İsa əl-Harti başçılıq edib.
Tərəflər Ermənistan və Oman arasında bir sıra sahələrdə siyasi dialoqun və əməkdaşlığın yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edərək, bu kontekstdə Ermənistanın Omanda səfirliyinin açılması məsələsinə xüsusi vurğulayıblar.
İclasda ikitərəfli məsələlərlə yanaşı, regional proseslərə də toxunulub.