AZ

"Texniki fənlər üzrə kadr tapmaqda müəyyən çətinliklər var" - Nurlan İsmayılbəyli


Əsasən humanitar fənlər üzrə kadr tələbatını ödəmək daha asan olur. İbtidai sinif üzrə, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə, bəzi hallarda xarici dillər üzrə demək olar ki, müəllimlərin işə qəbulu müsabiqəsinə təqdim olunmuş bütün vakant yerlərin tutulmasının şahidi oluruq.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

O bildirib ki, bəzi dəqiq elmlər üzrə, texniki fənlər üzrə xüsusilə bölgələrdə kadr tapmaqda müəyyən çətinliklər var: “Nəzərə alaq ki, 80 minə yaxın müəllim sertifikatlaşdırma prosesinə cəlb olunub. Onlardan böyük bir hissəsi bu prosesi yüksək nəticələrlə tamamlayıblar. Biz də onların şagirdlər üçün daha əlçatan olunması istiqamətində addımlar atırıq. Boş qalan vakansiyaları daha potensiallı, daha yüksək nəticəli müəllimlərlə doldurmuş olacağıq, təmin etmiş olacağıq. Eyni zamanda, şagirdlərin daha yüksək nəticə toplamış müəllimlərdən öyrənməsini təmin etmiş olacağıq”.

ZÜMRÜD

Seçilən
30
3
baki-xeber.com

4Mənbələr