AZ

Yalnız Fiziyev döyüşməyə razılıq verib

ain.az, Footbal-plus saytına istinadən bildirir.

Yüngül çəki dərəcəsində UFC-nin sabiq çempionu Çarlz Oliveyra bildirib ki, Braziliyada keçiriləcək turnirdə onunla döyüşməyə razı olan yeganə döyüşçü Rafael Fiziyev olub. Oliveyra – Fiziyev döyüşü oktyabrın 11-də Rio-de-Janeyroda keçiriləcək və UFC turnirinin əsas qarşılaşması olacaq.Oliveyranın dediyinə görə, bütün aparıcı rəqiblər imtina edib:

"Topuriya məni yeni məğlub edib, hazırda reytinqdə birincidi. Arman titul döyüşünü gözləyir. Qetji yalnız kəmər uğrunda döyüşəcəyini deyib. Holloueyin əli sınıb. Porye karyerasını bitirib. Huker isə çox danışır, amma zəng vuranda imtina etdi. Nəticədə yalnız Fiziyev razılaşdı".

Fiziyevin hesabında 13 qələbə və 4 məğlubiyyət, Oliveyranın hesabında isə 35 qələbə, 11 məğlubiyyət və 1 baş tutmamış döyüş var.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
82
3
icma.az

4Mənbələr