BAKI, 12 avqust. TELEQRAF
Vakant yerlərin gizlədilməsi ilə bağlı iddialar əsassızdır.
Teleqraf xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, MİQ imtahanın məqsədi məktəblərdə kadr təminatının ödənməsidir.
“2000-ə yaxınvakant yer tutulmamış qalıb. Vakant yerlərin gizlədilməsi yolverilməzdir və iddialar əsassızdır. Buna görə müsabiqəyə təqdim edilməyən azsaatlı vakant yerlərlə bağlı yenilik edilir. Burda təqdim edilən vakant yerlərdən biri əlavə, digəri isə əlavə iş yeri olacaq”.