AZ

Yeddi ayda ümumi daxili məhsul 6,3% artıb

Newscenter.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

2025-ci ilin yanvar-iyul aylarında Qazaxıstanın ümumi daxili məhsulu (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 6,3% artıb.Newscenter.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Bürosu məlumat verib. Bildirilib ki, məhsul istehsalının həcmi 8,3%, xidmətlər 5,2% (ən dinamik seqmentlər nəqliyyat və ticarət olmaqla), sənaye 6,9% artıb.ÜDM artımına ən çox töhfə verən sektorlar: nəqliyyat və anbar təsərrüfatı – 22,5%, tikinti – 18,5%, topdan və pərakəndə ticarət – 8,6%, mədənçıxarma və karxanalar – 8,5% və emal sənayesi – 6,1% olub.Dəmir yolu, boru kəmərləri və avtomobil nəqliyyatı ilə yükdaşımaların həcminin yüksək olması hesabına nəqliyyat və anbar təsərrüfatı sektorunda fəaliyyətin həcmi 22,5 faiz artıb.Mehman Mehdiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
newscenter.az

1Mənbələr