AZ

İran Prezidenti ölkədə ciddi su böhranı ilə bağlı xəbərdarlıq edib

İran Prezidenti Məsud Pezeşkian paytaxt Tehran da daxil olmaqla ölkənin bir hissəsinin ciddi su böhranı ilə üzləşdiyi barədə xəbərdarlıq edib.

Fars agentliyinin məlumatına görə, dövlət başçısı Tehranda İranın media rəhbərləri ilə görüşündə administrasiyasının böhranın həlli üçün gördüyü tədbirləri açıqlayıb.

Pezeşkian bildirib ki, payız dövründə kifayət qədər su təchizatını təmin etmək üçün yaxınlıqdakı Talakan bəndindən suyun Tehrana ötürülməsi üçün səylər davam etdirilir. Onun sözlərinə görə, bu addımın paytaxtın su böhranını həll edəcəyi aydın deyil, çünki yağıntıların miqdarı 45 faiz azalıb.

İran rəsmiləri bildirirlər ki, ölkədəki su bəndlərinin doluluq həcmi cəmi 42 faizdir.

Məlumatda qeyd olunub ki, 2024-cü il sentyabrın 22-dən başlayan cari su ilinin əvvəlindən ölkənin anbarlarına cəmi 23,56 milyard kubmetr su daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 42 faiz azalaraq 40,55 milyard kubmetr olub.

Tehranın Su və Kanalizasiya Şirkətinin baş direktoru Məhəmməd-Təqi Hüseynzadə Tehranda keçirdiyi mətbuat konfransında deyib: “Tehranın bəndlərində su ehtiyatları sentyabrın sonuna qədər kifayət edəcək”. O, vətəndaşları su istehlakına qənaət etməyə çağırıb.

İranın Su Ehtiyatları İdarəsinin məlumatına görə, su qıtlığı əsasən cari su ilinin əvvəlindən ölkədə baş verən görünməmiş quraqlıqla bağlıdır. Hökumət problemi həll etmək üçün qısamüddətli həll yolu kimi təsirə məruz qalan şəhərlərdə ofislərin bağlanması və iş saatlarının qısaldılması tədbirlərinə əl atıb.

AzPost.az

Seçilən
20
4
azpost.info

5Mənbələr