ain.az, Azertag portalına istinadən məlumat verir.
London, 12 avqust, AZƏRTAC
Böyük Britaniyada isti hava şəraiti və su çatışmazlığı ilə bağlı əhaliyə xəbərdarlıq olunub.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, ölkənin bir sıra bölgələrində hava şəraitinin isti keçməsi ilə əlaqədar narıncı səviyyəli xəbərdarlıq elan edilib.
Milli Quraqlıq Qrupu isə ölkə üzrə əhəmiyyətli su çatışmazlığının olduğunu bildirib. Vurğulanıb ki, quraqlığın əsas səbəbi yağıntıların az olmasıdır.
Qeyd edək ki, bu il Böyük Britaniyada 1836-cı ildən bəri ən quraq altıncı yaz mövsümü qeydə alınıb. İyunda ölkə üzrə orta göstəricidən bir qədər çox yağıntı müşahidə edilsə də, şərq və qərb bölgələri arasında ciddi fərq olub. İyulun əvvəli isə daha quraq keçib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.