AZ

Ermənistanda ABŞ ilə birgə hərbi təlimlər başlayıb

Ermənistanda ABŞ ilə birgə “Eagle Partner 2025” hərbi təlimləri başlayıb.

​​​​​​"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. 

Təlimin açılış mərasimində Ermənistan müdafiə nazirinin birinci müavini general-leytenant Edvard Asryan, ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuinn və digər yüksəkvəzifəli hərbçilər iştirak edib. 

Qeyd edək ki, avqustun 12-dən 20-nə qədər davam edəcək təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının hərbçiləri, ABŞ-nin Avropa və Afrikadakı Quru qoşunlarının, eləcə də Kanzas ştatının Milli Qvardiyasının hərbçiləri iştirak edir.

​​​​​​"Cebheinfo.az"

Seçilən
90
5
cebheinfo.az

6Mənbələr