AZ

Hokkaydo yaxınlığında 5,5 maqnitudalı zəlzələ olub

Seysmoloqlar Yaponiyanın Hokkaydo adası yaxınlığında Sakit okeanda 5,5 maqnitudalı zəlzələ qeydə alıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "İnterfaks" agentliyinə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin filialı məlumat yayıb.

"Çərşənbə axşamı Saxalin vaxtı ilə saat 20:11-də (Moskva vaxtı ilə 12:11) Hokkaydo adasının şərq sahili yaxınlığında 5,5 maqnitudalı zəlzələ olub. Zəlzələ ocağı 19 km dərinlikdə yerləşib", - agentliyin həmsöhbəti bildirib.

Sunami təhlükəsi elan edilməyib.

Seçilən
31
7
operativmm.az

8Mənbələr