Bakı. Trend:
Böyük Britaniyanın paytaxtında keçirilən polis reydləri zamanıdəyəri təxminən 7 milyon funt sterlinq olan lüks avtomobillərmüsadirə edilib.
Trend“Telegraph”a istinadən xəbər verir ki, Hayd Park, Kensinqton vəÇelsi ərazilərində aparılan əməliyyatlar zamanı sosial qaydalarıpozan və təhlükəli sürücülük edən şəxslərə qarşı tədbirlərgörülüb.
Müsadirə edilən 70-dən çox avtomobil arasında eyni rəngdəbənövşəyi “Lamborghini”lər, eləcə də, “Ferrari”, “Porsche” və“Mercedes-Benz” markalı maşınlar olub.
Motor Sığorta Bürosunun (MIB) məlumatına görə, sığortasız“Lamborghini”lərdən ikisi sahibinin yay səfəri üçün təyyarə iləBritaniyaya gətirilib. Sürücülərdən birinin maşını ölkəyə gələndəncəmi iki saat sonra polis tərəfindən müsadirə edilib.
MIB bildirib ki, bəzi avtomobillər xaricdən gətirilib vəsürücülər öz ölkələrindəki sığortanın Britaniyada da keçərliolduğunu düşünərək yoxlama aparmayıblar. Ümumilikdə 72 avtomobilinmüsadirə olunduğu reydlərdə avtomobillərin çoxu sığortasız və yayetərsiz sığorta təminatına malik olub.