AZ

Pentaqon rəhbəri: Ukrayna sülh nizamlanması ərazi güzəştləri tələb edə bilər”

ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Pit Heqset: “Bu, nəticədə heç bir tərəfi tam qane etməyəcək”

“Ukraynada istənilən sülh nizamlanması mümkün ərazi mübadiləsi də daxil olmaqla, qarşılıqlı güzəştlər tələb edə bilər. Bu isə nəticədə heç bir tərəfi tam qane etməyəcək”. AYNA.AZ xəbər verir ki, bu sözləri “Fox News”a müsahibəsində Pentaqonun rəhbəri Pit Heqset deyib.

"Danışıqlar tərəfində, bilirsiniz, ərazi mübadiləsi ola bilər. Güzəştlər olacaq. Heç kim tamamilə xoşbəxt olmayacaq", - deyə Heqset mümkün razılaşma variantlarını təsvir edib.

Ərazi mübadiləsi şəklində presedent yaratmaqdan narahat olub-olmadığını soruşduqda, Heqset suala belə cavab verdi: "Xeyr, çünki bu, ABŞ Prezidenti Donald Trampın başlatdığı müharibə deyil. O buna səbəb olmayıb. Buna əvvəlki administrasiyaların, Barak Obama və Co Baydenin zəifliyi səbəb olub".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
ayna.az

1Mənbələr