AZ

Ombudsman Prezident İlham Əliyevi təbrik edib

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Səbinə Əliyeva Prezident İlham Əliyevə təbrik məktubuünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident!

Müdrik hərbi-diplomatik siyasətiniz nəticəsində regionda sülhünbərqərar olunması sahəsində baş verən mühüm hadisə -Azərbaycan-Ermənistan arasında birgə Bəyannamənin imzalanmasımünasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ölkəmizin inkişafınaminə həyata keçirdiyiniz çətin və şərəfli fəaliyyətinizdəmüvəffəqiyyətlər arzulayıram.

Tarixi əhəmiyyətə malik bu sənəd bilavasitə Sizin uzaqgörən vəprinsipial diplomatik təşəbbüslərin və beynəlxalq hüquqa əsaslananmövqeyinizin növbəti parlaq təzahürüdür.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Sizin ardıcılolaraq davam etdirdiyiniz uğurlu siyasətin nəticəsi olan bu mühümhadisə Azərbaycan xalqının çoxillik məqsədinə çatmasına, ədalətinbərpa olunmasına imkan verəcəkdir.

Müzəffər Ali Baş Komandanlığınızla İkinci Qarabağ müharibəsindəvə lokal xarakterli antiterror əməliyyatları nəticəsində əldəedilmiş parlaq Zəfərin belə əhəmiyyətli müqavilə ilətaclandırılması problemlərin ortaq və konstruktiv düşüncə iləbirdəfəlik həllinin mümkünlüyünü bütün dünyaya nümayiş etdirdi.

Bölgədə nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasına, iqtisadiinteqrasiyanın möhkəmləndirilməsinə xidmət edəcək Zəngəzurdəhlizinin açılması, həmçinin uzun illər blokada şəraitində yaşamışNaxçıvanın da sürətlə inkişafına təkan verəcəkdir.

Bəyannamənin imzalanması ilə uzun illər nəticəsiz fəaliyyətgöstərmiş ATƏT-in Minsk Qrupunun ləğvi istiqamətində birgətəşəbbüsün göstərilməsi yalnız iki ölkə arasında münasibətlərinnormallaşdırılmasına deyil, həm də regionun təhlükəsiz gələcəyinintəmin edilməsinə və gələcək nəsillərin əmin-amanlıqlabirgəyaşayışına yönəlmiş tarixi bir dövrün başlanğıcıdır.

ABŞ-Azərbaycan münasibətlərində hər zaman gərginlik yaradan907-ci düzəlişin tətbiqinin Zati-alinizin nüfuzu və qətiyyətlisiyasəti nəticəsində ləğvi, həmçinin ABŞ- Azərbaycan arasındaStrateji Tərəfdaşlığa dair Xartiyanın hazırlanması üçün Stratejiİşçi Qrupunun yaradılması ölkəmizin uzun illər üzləşdiyi haqsızlığason qoyulmasına və iki ölkə arasında əlaqələrin davamlı inkişafınaxidmət edəcəkdir.

Möhtərəm cənab Prezident,

Sizi bu əlamətdar hadisə münasibətilə bir daha ürəkdən təbrikedir, ölkəmizin tərəqqisi və xalqımızın rifahı naminə məsuliyyətlifəaliyyətinizdə davamlı uğurlar arzulayıram. Rəhbərliyiniz altındarespublikamız sülh, inkişaf və ədalət yolunda bundan sonra da böyüknailiyyətlərə imza atacaqdır".

Seçilən
67
15
az.trend.az

10Mənbələr