AZ

Restoranına görə 20 milyon dollar itirib

“Formula-1″in pilotu Lyuis Hemilton və aktyor Leonardo Di Kaprio 20 milyon dollar dəyərində ziyana düşüblər. 

Bakues.az xarici KİV-ə istinadən xəbər verir ki,  məşhurlar birgə 2021-ci ildə “Neat Burger” adlı restoran açıblar. Sözügedən restoran London, Milan və Nyu-Yorkda  fəaliyyətə başlayıb.  Lakin yeməkxana məşhurlara heç də uğur gətirməyib.

Hemilton və Di Kaprionun “Neat Burger” restoranı iflas elan edib və bağlanmaq üzrədir. Belə ki, restoran 2021-ci ildə 4,3 milyon dollar, 2022-ci ildə isə 10,6 milyon dollar itirib.  Bu il dəyən ziyanla bərabər itki 20 milyon dollar hesablanıb.

İkili restoranlarının bağlanması ilə bağlı hələlik açıqlama verməyib.

Seçilən
59
2
icma.az

3Mənbələr