Demokrat.az xəbər verir ki, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının yaradıcılarından olan Səyyad Aran Vaşinqtonda keçirilən görüşün tarixi əhəmiyyətindən söhbət açaraq bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin qalib rəhbər imici özünü açıq şəkildə büruzə verdi:
“Hamı tərəfindən təkrar olunan fikirdən yan keçə bilmirəm. Bu olduqca tarixi görüş idi. Əvvəla, 33 illik 907-ci düzəliş ləğv edildi. Biz bunu illərdir ki, gözləyirdik. Nəhayət, bu ədalətsizlik aradan qaldırıldı. Zəngəzur dəhlizinin birmənalı açılmasına qərar verildi. Azərbaycan prezidentinə hədsiz diqqət və hörmət özünü açıq şəkildə göstərirdi. ABŞ prezidenti Donald Tramp bütün jestləri ilə Azərbaycan prezidentinə olan hüsn rəğbətini bildirirdi. Onun 22 illik rəhbərliyini cəsarətli və qürurverici adlandırdı”.
Deputat bildirib ki, danışıqlar prosesində İlham Əliyev təşəbbüskarlığı və dinamikliyi ilə daha çox diqqət çəkdi:
“Cənab prezidentin çıxışlarında, təkliflərində konstruktivlik özünü göstərirdi. İlham Əliyevin illərdən bəri düzgün, səmərəli və uzaqgörən siyasəti öz bəhrəsini verdi. Nəyi, necə və nə vaxt etmək lazım olduğunu parlaq şəkildə təsdiq etdi. İlham Əliyev bu məsələlərə görə Trampın Nobel sülh mükafatına layiq görülməli olduğunu bildirdi, daha sonra Ermənistanın baş naziri Nikol Paşinyan da bunu təkrar etdi. Azərbaycan Prezidentinin sanballı və təmkinli obrazı Paşinyanla müqayisədə daha yüksək görünürdü. Əlbəttə, bu da illərin təcrübəsi olaraq dahi Heydər Əliyev məktəbindən bəhrələnmənin nəticəsidir”.
Səyyad Aran həmçinin onu da qeyd edib ki, artıq gələcək sülh sazişinin mətni müxtəlif mətbuat orqanlarında səsləndirilib: “Hesab edirəm ki, bu sülh sazişi mükəmməl sənəddir. Bu sənəddən kənara çıxmaq Ermənistan üçün öz qəbrini qazmaq kimi bir şeydir. Tərəflər bu sülh müqaviləsinə istinad etməklə gələcəkdə davamlı sülh şəraitində uzun illər yaşayacaqlar. Çünki nə olur olsun Ermənistan yenə də həm iqtisadi, həm də coğrafi mənada Azərbaycandan asılı olacaq. Ermənistan rəhbərliyinin az da olsa ağlı olsa bir çox problemlərin həllində Azərbaycanın köməyindən istifadə edə bilər. Ermənistanda iqtisadi resurlar yox dərəcəsindədir. Bu səbəbdən də Ermənistanın gələcək həyatı Azərbaycandan asılıdır”.
Demokrat.az
3Mənbələr
-
leqal.info“Danışıqlar prosesində İlham Əliyev təşəbbüskarlığı və dinamikliyi ilə daha çox diqqət çəkdi” ( 20271486)
-
demokrat.az"Danışıqlar prosesində İlham Əliyev təşəbbüskarlığı və dinamikliyi ilə daha çox diqqət çəkdi" — Səyyad Aran ( 20265984)
-
azpolitika.infoDanışıqlar prosesində İlham Əliyev təşəbbüskarlığı və dinamikliyi ilə daha çox diqqət çəkdi” ( 20265339)