Azərbaycan Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək Xalq Sənəti Festivalında fəxri qonaq qismində iştirak edəcək.
Hafta.az-ın yazdığına görə, sözügedən festival avqustun 17-də başlayacaq və 20-də başa çatacaq.
Macarıstanın ölkəmizdəki səfirliyinin facebook səhifəsində bununla bağlı qeyd olunub: “Azərbaycan xalçaları sadəcə ornament deyil, həm də irs və kimliyin bir hissəsidir. Ailə ənənəsi kimi toxuculuq bilikləri nəsildən-nəsilə ötürülür və hər bir xalça bir cəmiyyətin tarixindən xəbər verir”.
Xalça toxuma prosesi, təbii boyalar, kəlağayı, təkəlduz, xətəmkarlıq dünyası haqqında məlumat əldə etmək istəyən hər bir kəs qeyd olunan tarixdə Azərbaycan pavilyonunu ziyarət etmək üçün festivala dəvət olunur.