AZ

Tərbiyəçi müəllim vakansiyasına rekord maraq: 5000 dən çox müraciət təsdiqləndi

Milli.az saytına istinadən ain.az xəbər verir.

2022 və 2023-cü illərdə məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vakansiyası üzrə keçirilən müsabiqələr nəticəsində 850 nəfər ixtisaslı kadr işə qəbul olunub. Növbəti müsabiqənin isə 22 avqust 2025-ci il tarixində keçirilməsi planlaşdırılır.

Milli.Az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, 29 iyul - 4 avqust tarixlərini əhatə edən sənəd qəbulu prosesi bitib.

"Müvafiq vəzifə üzrə 7027 nəfər müraciət edib və 5000-ə yaxın ərizə təsdiq edilib. Hazırda ölkə üzrə tərbiyəçi-müəllim vəzifəsi üzrə 400-ə yaxın vakant yer mövcuddur.

Müsabiqəyə təqdim olunan çərçivə sənədi 60 sualdan ibarətdir. Bu suallar məktəbəqədər təhsil üzrə məzmun və metodika, pedaqoji və psixoloji yanaşmaları əhatə edir. Namizədlər bu sənədlə ARTİ-nin (Azərbaycan Respublikasının Təhsil İnstitutu) rəsmi internet səhifəsində tanış ola bilərlər",- deyə məlumata əlavə edilib.

Qeyd edək ki, Məktəbəqədər təhsil müəssisələrinə peşəkar kadrların cəlb edilməsi daim diqqət mərkəzində saxlanılır.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
97
7
news.milli.az

10Mənbələr