AZ

"Birbank" nağdlaşdırma və köçürmə limitini dəyişir

11 sentyabr tarixindən etibarən "Birbank" debet və "Bakcell Ko-brend" kartında nağdlaşdırma və köçürmə limiti 5000 AZN ekvivalentindən 3000 AZN ekvivalentinə dəyişir.

Operativ Media-nın məlumatına görə, bu barədə bank müştərilərinə xəbərdarlıq edib.

Bildirilib  ki, limit daxilində bankımıza məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili digər bankların kartlarına köçürmə pulsuzdur.

Ölkədaxili digər banklara məxsus bankomatlardan nağdlaşdırmaya görə tətbiq olunan komissiya isə dəyişir. Belə ki, əvvəl bu əməliyyata görə komissiya 2 AZN idi, indi isə 1% (min. 2 AZN/USD/ EUR) olacaq.

Seçilən
129
operativmedia.az

1Mənbələr