AZ

BMU məzunu Böyük Britaniya, Litva və İsveç universitetlərində təhsil almaq hüququ əldə edib

Bakı, 12 avqust, AZƏRTAC

Bakı Mühəndislik Universitetinin (BMU) informasiya texnologiyaları ixtisasının məzunu Rəvan Hacıyev dünyanın 5 nüfuzlu universitetindən magistratura səviyyəsinə qəbul alıb.

BMU-dan AZƏRTAC-a bildirilib ki, bu universitetlər sırasında Böyük Britaniyanın Lids, Nottinqem, Şeffild, Litvanın Vilnüs Texniki və İsveçin Skövde universitetləri yer alır.

BMU məzunu Böyük Britaniyanın Lids Universitetində qabaqcıl kompüter elmləri - süni intellekt ixtisasında magistratura təhsilini davam etdirmək qərarı verib. O, təhsilini tam dövlət təqaüdlü olmaqla “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində alacaq.

Rəvan Hacıyev 2018-ci ildə BMU-ya 575 balla qəbul olub, təhsil aldığı müddətdə fəal tələbə kimi seçilib. Bakalavriat təhsilini yüksək göstəricilərlə başa vuran BMU məzunu beynəlxalq təcrübə qazanaraq süni intellekt və proqram təminatı sahəsində tədqiqatlar aparmaq niyyətindədir. O, innovativ texnologiyalar və yeni həllər üzərində işləmək, qazandığı bilik və bacarıqları Azərbaycanda tətbiq etməklə ölkənin rəqəmsal inkişafına töhfə verməyi hədəfləyib.

Seçilən
13
2
azertag.az

3Mənbələr