“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Birgə Bəyannamə imzalayıblar və bu, onilliklərlə davam edən münaqişəyə son qoyulmasında mühüm irəliləyiş deməkdir”.
Mia.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “NE Global” nəşrinə açıqlamasında deyib.