İtalyan idmançı Mattia Debertolis Çin Xalq Respublikasının Çendu şəhərində keçirilən Dünya Oyunları zamanı idman oriyentasiya yarışlarında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə təşkilatçılar məlumat yayıb.
Faciəli hadisə avqustun 8-də səhər baş verib. Debertolis orta məsafə yarışında iştirak ediyi vaxt səhhəti pisləşib, huşunu itirib. Təcili tibbi yardım onu xəstəxanaya çatdırsa da, orada həyatını itirib.
Dünya Oyunlarının təşkilatçıları idmançının ölümü ilə bağlı başsağlığı verib və onun yaxınlarına yardım göstərəcəklərini bildiriblər. Lakin əlavə açıqlama verməkdən imtina ediblər.