BAKI, 12 avqust. TELEQRAF
"İl əzində maksimum 70 min nəfərə yollayış verilə bilir".
Teleqraf xəbər verir ki, bunu Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri Elkiyar Ziyadov məbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
"İmtina səbəbi yer yoxluğu ilə bağlı olur. Bəzən üzvlər məlumatları yarımçıq qeyd etdiyi üçün sorğuları araşdırma prosesi uzanır və cavablandırma yubanır", o, qeyd edib.