Rusiya xüsusi xidmət orqanları Moskva vilayətində terror aktının qarşısını alıblar.
Publika.az xəbər verir ki, bu barədə Rusiya FTX-nin mətbuat xidməti məlumat yayıb.
İddia edilib ki, həmin şəxs Ukrayna kəşfiyyatı tərəfindən cəlb edilib. O, yüksək rütbəli rusiyalı hərbçinin keçəcəyi anda avtomobilini 60 kiloqram partlayıcı ilə partlatmağı planlaşdırıb.
"Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti Moskva vilayətində terror aktı hazırlayan 1989-cu il təvəllüdlü Rusiya və Ukrayna vətəndaşını saxlayıb. Əməliyyat-istintaq tədbirləri zamanı Ukrayna xüsusi xidmət orqanlarının "Raven" təxəllüsü ilə üçüncü ölkənin ərazisində işə cəlb edilmiş agenti müəyyən edilib. O, kuratorunun göstərişi ilə əldəqayırma partlayıcı qurğu hazırlayıb və onu düşmən pulu ilə aldığı avtomobilə maskalayıb", - məlumatda deyilir.
Qeyd olunur ki, şübhəli M-4 şosesində cinayətin törədilməsi planlaşdırılan yerə gedərkən saxlanılıb və dindirilərkən o, Ukrayna xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini etiraf edib.