"Gəncə" komandası heyətini braziliyalı voleybolçu ilə gücləndirib.
Klubun mətbuat xidmətindən Moderator.az-a bildirilib ki, bölgə təmsilçisi Luisa Tomas ilə müqavilə imzalayıb.
Voleybolçu ötən mövsümü Portuqaliyanın "Benfika" kollektivində keçirib.
Oyunçu Portuqaliya Superkubokunun və I Divizionun qalibi olub, Braziliya Superliqasında gümüş medal qazanıb.