AZ

“Bu, Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması demək ola bilər”

“Həmin sənədlə Ermənistan Qarabağ məsələsindən imtina edir, “əsirlərimiz”ə (diversnatlar-red.) sahib çıxmır”.

Herbiand.az Ordu.az-a istinadən  xəbər verir ki, bunu Ermənistanın sabiq baş naziri Hrant Baqratyan deyib.

Onun sözlərinə görə, erməni tərəfi güzəştə gedib, orada Almatı Bəyannaməsinə və 1988-ci il yanvarın 12-də imzalanmış sərhədin müəyyənləşdirilməsi sənədinə istinad yoxdur.

“Bu isə o deməkdir ki, Ermənistan sərhədi qeyri-müəyyənləşir və sərhədlərin müəyyənləşdirilməsi adı altında Paşinyan yeni güzəştlərə gedəcək”, - deyə Baqratyan bildirib.

Sərhəd boyunca üçüncü tərəf qüvvələrinin yerləşdirilməməsinə gəlincə, Baqratyanın sözlərinə görə, bu, Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması demək ola bilər: “Bu həm də Avropa İttifaqının müşahidə missiyasının Ermənistan ərazisində fəaliyyətinin dayandırılması deməkdir. Tarix göstərir ki, əgər sazişlərin zəmanətçisi yoxdursa, onlar icra olunmur”.

“Birləşmiş Ştatlar zəmanətçi deyilmi?” sualına isə sabiq erməni Baş nazir belə cavab verir: “Sazişdə belə bir şey yazılmayıb”.

Seçilən
11
herbiand.az

1Mənbələr