AZ

Azərbaycanda bu şəxslər bir gündə evlənə bilər, ancaq...

Azərbaycanda evlənmək üçün müəyyən sənədlər toplamaq və tibbi müayinələrdən keçmək lazım olur. 

Lakin bu tələblərin insanın yaşına və ya evlənənlərin yaş fərqinə görə dəyişə bilməsi haqqında fərqli düşüncələr var. Məsələn, 50 yaşında birinin evlənməsi zamanı tələb olunan sənədlər və tibbi analizlər gənc insanların evlənmə prosesində tələb olunanlardan fərqli olub-olmaması müzakirə olunan məsələlərdəndir. Bəs Azərbaycanda hansı yaşda evlilik zamanı qan analizinə, əlavə sənədlərə ehtiyac olmur? 

Məsələ ilə bağlı Ədliyyə Nazirliyindənə cebheinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, evlənmək üçün yaş qrupundan asılı olmayaraq tələb olunan analizlərdə fərqlər yoxdur: 

"Nikahın qeydə alınması üçün nikaha daxil olmaq istəyən şəxslərin yaşı və ya yaş fərqləri nəzərə alınmadan onların ərizələri, şəxsiyyətini təsdiq edən sənədlər, tibbi müayinədən keçmələrini təsdiq edən arayışlar və digər sənədlər (əvvəlki nikaha xitam verilməsi haqqında sənədlər, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində qanuni olması barədə sənədlər, eləcə də ailə vəziyyəti barədə arayışlar və s.) tələb olunur”. 

Bununla yanaşı, nikaha daxil olmaq istəyən şəxslərin hər ikisinin yaşının 50-dən yuxarı olması nikahın bağlanması müddətinin qısaldılması üçün əsasdır: 

Seçilən
30
13
demokrat.az

10Mənbələr