AZ

QHT sədri Beynəlxalq Gənclər Günündə Azərbaycan gənclərinə müraciət edib

"Ümidli Gələcək" Gənclər İctimai Birliyinin sədri və Yuvenal Ədliyyə Mərkəzinin koordinatoru Kəmalə Aşumova 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə Azərbaycan gənclərinə müraciət edib.

Kəmalə Aşumova çıxışında bildirib ki, Azərbaycan gəncliyi gücü, cəsarəti, biliyi, yaradıcılığı və ölkəsinə olan sarsılmaz sevgisi ilə fərqlənir:

"Azərbaycan gənci Vətənini qoruyan, müharibədə qələbə qazanan, bu gün isə elmdə, texnologiyada, incəsənətdə, idmanda və bütün sahələrdə yeni üfüqlər açan qəhrəmandır. Siz, beynəlxalq arenada uğur qazanan, Azərbaycanın adını zirvələrə daşıyan və dünyaya “Biz bacarırıq!” mesajını qürurla çatdıran nəsilsiniz.

Bu il ölkəmizdə Suverenlik və Konstitusiya İli elan olunub. Bu, təsadüfi deyil, çünki məhz siz müstəqilliyimizin qoruyucuları, milli dəyərlərimizin davamçıları və dövlətçiliyimizin möhkəm sütunlarısınız. Qanuna, ədalətə, birliyə və milli kimliyə söykənərək Azərbaycanın daha parlaq gələcəyini siz quracaqsınız.

Təşkilatımız illərdir gənclərin inkişafı, onların üzləşdiyi çağırışların həlli və şəxsi potensiallarının reallaşması üçün layihələr həyata keçirir. Sizinlə birlikdə biz cəmiyyəti dəyişdirən təşəbbüslər yaradır, bu səylərin real nəticələrini görməkdən böyük qürur duyuruq.

Bu əlamətdar gündə hər bir Azərbaycan gəncinə arzumuz:

  • Gücünüzə inanın -heç vaxt böyük xəyallar qurmaqdan çəkinməyin.
  • Yenilikçi olun-ideyalarınızla ölkəyə fayda gətirin.
  • Sülhü və azadlığı qoruyun-qəhrəmanlarımızın canı bahasına qazanılan dəyərləri yaşadın.
  • Vətəni sevin-onun birliyini, mədəni zənginliyini möhkəmləndirin.
  • Zirvələrə qalxın-təhsil, karyera, idman və yaradıcılıqda əldə etdiyiniz hər uğur bütün millətin uğurudur.

Bu gün biz bütün Azərbaycan gənclərini təbrik edirik və inanırıq ki, Sizin istedadınız, enerjiniz və Vətən sevginizlə ölkəmizin gələcəyi daha işıqlı, daha qüdrətli olacaq!"

Seçilən
58
qht.az

1Mənbələr