AZ

Ötən gün aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb

Bakı, 12 avqust, AZƏRTAC

Ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 6 qumbara, 4 alışdırıcı, 17 tüfəng, 1 patron darağı və müxtəlif çaplı 64 ədəd patron aşkar edərək götürüblər.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a məlumat daxil olub.

Bildirilib ki, DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Seçilən
16
49
azertag.az

10Mənbələr