AZ

ABŞ-ın tanınmış televiziya kanalında Vaşinqton Zirvəsi müzakirə olunub - VİDEO

ABŞ-ın tanınmış xəbər platformalarından olan “Newsmax” televiziya kanalında Prezident Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən Vaşinqton Zirvəsinə həsr olunmuş xüsusi veriliş yayımlayıb.

Proqramın qonağı Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim olub.

Proqramda Vaşinqton görüşünün əhəmiyyəti, prosesin regional və qlobal əhəmiyyəti, həmçinin ABŞ-ın vasitəçilik rolu geniş müzakirə olunub.

Verilişin aparıcısı Rob Esperino bildirib ki, Vaşinqtonda imzalanan sənəd təkcə Cənubi Qafqaz üçün deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik və əməkdaşlıq üçün əhəmiyyətli mərhələdir.

Xəzər İbrahim çıxışında Prezident Donald Trampın təşəbbüsü ilə Prezident İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşün dünyanın ən nüfuzlu siyasi mərkəzlərindən biri olan Vaşinqtonda keçirilməsinin rəmzi və siyasi baxımdan böyük önəm daşıdığını vurğulayıb.

Onun sözlərinə görə, Prezident Trampın liderliyi və vasitəçilik missiyası sayəsində illərlə nəticəsiz qalan danışıqlar qısa müddətdə real irəliləyiş mərhələsinə qədəm qoyub.

“Tarixi bir an idi…”

Səfir Xəzər İbrahim əlavə edib ki, bu sənəd sülh və əməkdaşlıq üçün geniş imkanlar açır.

“Bu, dünyanın bir nömrəli paytaxtında, sülhməramlı Prezident Trampın rəhbərliyi altında baş tutdu. İndi bölgədə real sülhün bərqərar olması üçün qapılar, pəncərələr, ürəklər açıqdır; təkcə qonşularla deyil, bütün dünya ilə inteqrasiya üçün şərait mövcuddur,” – səfir vurğulayıb.

Diplomat qeyd edib ki, 30 ildən artıq davam edən münaqişə, torpaqların işğalı, etnik təmizləmələr və minalar səbəbindən yurdlarına qayıda bilməyən yüz minlərlə məcburi köçkün fonunda aparılan beynəlxalq vasitəçilik cəhdləri – xüsusilə ATƏT formatı – nəticəsiz qalmışdı. Onun sözlərinə görə, Prezident Tramp administrasiyasının qısa zamanda əldə etdiyi nəticə əsl “diplomatik möcüzə”dir.

Səfir birbaşa danışıqların sülh prosesinə müsbət təsir göstərdiyini vurğulayıb: “Liderlərin birbaşa dialoqu vacibdir. Donald Tramp kimi qətiyyətli və təcrübəli liderin iştirakı bu prosesi uğurla yekunlaşdırdı.”

Seçilən
13
18
aznews.az

10Mənbələr